İrəvanda Türkiyə və Ermənistan XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan arasında müddət əvvəl başlanan görüş başa çatıb.APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ermənistan XİN rəhbəri Tiqran Balayan bildirib.Məlumata görə, görüş bir saatdan çox davam edib.Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu İrəvanda erməni həmkarı Edvard Nalbandyanla baş tutmuş görüşündən sonra türk jurnalistlərinə bildirib ki, görüş səmimi və mehriban şəraitdə keçib.APA-nın “tert.am” saytına istinadən verdiyi xəbərə görə, Əhməd Davudoğlu sonuncu dəfə İrəvanda 4 il əvvəl olduğunu bildirərək Ermənistana səfərinin əhəmiyyətini qeyd edib. Məlumata görə, Türkiyə XİN rəhbəri bu cür görüşlərin mütəmadi keçirilməsinin faydalı olduğunu bildirib. Əhməd Davudoğlu gələcəkdə görüşlərin keçirilməsinə dair hər hansı razılığın əldə olunması ilə bağlı heç bir açıqlama verməyib.
ANN.Az