İrəvanda keçirilən oturaq etiraz aksiyası davam edir.
ANS PRESS-in məlumatına görə, İrəvanın Baqramyan prospektində elektrik enerjisi tariflərinin artırılmasına qarşı keçirilən genişmiqyaslı etiraz aksiyası səngimək bilmir. Bu barədə "NEWS.am” xəbər yayıb.
Xəbərdə bildirilir ki, polis rəisi müavini Unan Poqosyan jurnalistlərə açıqlamasında aksiya iştirakçılarına güc tətbiq edilməyəcəyini deyib.
O, aksiya iştirakçılarını təmkinli davranmağa çağırıb. U. Poqosyan bundan əvvəl də verdiyi açıqlamada mitinqin sülh xarakteri daşıdığını və iştirakçılara qarşı heç bir güc tətbiq edilməyəcəyini bəyan etmişdi.
Lakin səbri tükənən erməni polisinin bu sözlərə əməl etmədiyi, jurnalistlərə və etirazçılara qarşı fiziki güc tətbiq etdiyi bildirilir. Bu səbəblə də BMT Ermənistan hökumətini insan haqlarınının qorunması barədə çağırış edib.
Xatırladaq ki, Ermənistandakı bu etiraz dalğası iyunun 19-da İrəvanın mərkəzində başlayıb. Buna səbəb isə elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar olub. Bir neçə gündə davam edən mitinq zamanı polislər etirazçılara qarşı təzyiqli su ilə müdaxilə etmiş və çox sayda aksiya iştrakçısının qolunu qandallayaraq saxlayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !