Bu gün günorta saatlarında Ermənistanın paytaxtı İrəvanda güllə səsləri eşidilib.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, polislər təcili olaraq hadisə baş verən yerə - paytaxtın Nubaraşen rayonuna yollanıblar.
İlkin məlumata əsasən bir neçə nəfər "Nubaraşen” cinayət-təcridxana müəssisəsinin yanında avtomatlardan atəş açıblar.
Atışma nəticəsində üç nəfərdən biri yerindəcə, digər iki nəfər xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qətlə yetirilənlərdən biri "üçüncü sahədən Lyovik” təxəllüslü kriminal avtoritetdir.
Qətlə yetirilən ikinci adamın adı Derodur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !