Məhərrəm ayının 10-cu günü – Aşura mərasimləri tarixi Azərbaycan şəhəri İrəvanda hər il olduğu kimi bu il də keçirilib.
Teleqraf.com
xəbər verir ki, İmam Hüseyn əzadarlığı azərbaycanlılara məxsus və
1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilən Göy məsciddə
baş tutub.
Qeyd edək ki, farsların Məscid-i Kabud adlandırdıqları Göy məscid
Azərbaycan memarlıq nümunələrindən biri olmaqla İrəvandakı 8 məscid
arasında ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi məscidi
idi.
Məscid 1995-2006-cı ildə İran tikinti şirkətlərinin köməyi ilə bərpa
olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə
çevrilib. Məsciddə əzadarlıq edənlərin də Ermənistandakı yaşayıb işləyən
İran vətəndaşları olduqları güman edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !