"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Tvitter" səhifəsində yazıb.
İrəvanda elektrik enerjisinin qiymətinin bahalaşmasına qarşı keçirilən aksiyanı və buna beynəlxalq təşkilatların münasibət bildirməməsini şərh edən N.Məmmədovun fikrincə, bütün bunlar ikili standartlardan xəbər verir: "Amma indi "CNN", "BBC", "Guardian", "Independent", "Amnesty International", "HRW", "Freedom House" və digərləri görün necə susurlar. Bu, ikili standartın göstəricisidir. Çünki Ermənistan müsəlman ölkəsi deyil".
Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !