İrəvanda etirazçılar mərkəzi küçəni bağlayıblar

09:38 | 15.07.2015
İrəvanda etirazçılar mərkəzi küçəni bağlayıblar

İrəvanda etirazçılar mərkəzi küçəni bağlayıblar

Ermənistanda "Talana yox” vətəndaş hərəkatının onlarla fəalları İrəvanın Maştoç və Əmiryan küçəsinin kəsişməsində oturaq aksiya keçirir.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar əllərində 23 iyun və 6 iyul Baqramyan prospektində aksiyalarında nümayiş iştirakçıları və jurnalistlərə zor tətbiq etmiş polis əməkdaşlarının şəkillərini tutaraq onların cəzalandırmağı tələb edirlər.  

Fəallarda biri Maksim Sarkisyanın sözlərinə görə, onlar prokurorluq səlahiyyət hədlərini aşmış polislərin cəzalandırılmasına dair bizə zəmanət verməyənədək, buranı tərk etməyəcəyik.

Xatırladaq ki, iyunun 23-də İrəvan polisi "Talana yox”  hərəkatının nümayişini dağıtmış, 237 nəfər, o cümlədən media nümayəndələri saxlanılmışdı. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM