İrəvanda XİN binası qarşısındakı aksiya başa çatıb - Video - Yenilənib

18:12 | 31.05.2024
İrəvanda XİN binası qarşısındakı aksiya başa çatıb - Video - Yenilənib

İrəvanda XİN binası qarşısındakı aksiya başa çatıb - Video - Yenilənib

Ermənistan XİN-in binası qarşısındakı aksiya başa çatıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiya çərçivəsində 29 nəfər saxlanılıb. 
 
 ***

İrəvanda "Vətən naminə Tavuş” müxalif hərəkatının tərəfdarları Ermənistan Xarici İşlər Nazirliyinin binası önündə etiraz aksiyası keçirir.Bu barədə "Sputnik Ermənistan" xəbər verir.
 
Hərəkatın lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan ölkənin xarici işlər naziri Ararat Mirzoyanın etirazçılarla görüşünü tələb edib. 
Bununla belə, Ermənistan polisi Mirzoyanın etirazçıları qəbul etməyəcəyini açıqlayıb. Etirazçıların bir qismi erməni nazirin binanın digər çıxışından XİN-i tərk edə biləcəyi ehtimalına görə həmin hissəyə yollanıblar. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib. 

Erməni teleqram kanallarında yayılan məlumata görə, Baqrat Qalstanyan etirazçıları binaya hücum etməyə çağırıb.

Hazırda XİN-in binası ətrafında vəziyyət gərgin olaraq qalır. Polis aksiya iştirakçılarını saxlamağa başlayıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM