• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

İrəvanda 284 etirazçı saxlanılıb,273-ü cərimə olunaraq azadlığa buraxılıb - Yenilənib

İrəvanda 284 etirazçı saxlanılıb,273-ü cərimə olunaraq azadlığa buraxılıb - Yenilənib
27.05.2024 16:55
İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 284 nəfərə çatıb.

Bu barədə "news.am” məlumat yayıb.
 
Bildirilib ki, onların 273 nəfəri cərimə olunaraq azadlığa buraxılıb.

Hazırda 11 nəfərin işinə məhkəmədə inzibati qaydada baxılır. Ermənistanın Daxili İşlər Nazirliyi paytaxt küçələrində nəqliyyatın hərəkətinin bərpa edildiyini açıqlayıb.
 
 
12:52 
İrəvanda saxlanılan etirazçıların sayı 240 nəfərə çatıb.

 Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
   
 
 11:10
İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 226 nəfərə çatıb.

"Armenia Today”  xəbərinə görə, bunu İrəvan Polisinin rəisi Zarzand Qabrielyan bildirib.

O deyib ki, təcridxanaya aparılanlar arasında "Daşnaksütyun” partiyasından olan deputat Aşot Simonyan da var.
 

10:44 

Ermənistan polis keçirilən etiraz aksiyaları zamanı 196 etirazçını saxlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə polis bölməsinə aparılıblar.
 
 
 10:20
İrəvanda keçirilən etiraz aksiyası zamanı 137 şəxs saxlanılıb.

Bu barədə "Sputnik-Armeniya"ya Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.


09:25 
 
İrəvanda ümumilikdə 67 etirazçı saxlanılıb.

Bu barədə "Sputnik-Armeniya”ya Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.


 26 May 18:37
Arxiyepiskop Baqrat Qalstanyan "Vətən uğrunda Tavuş” hərəkatından Ermənistanın baş nazirliyinə namizəd elan edilib.

Ermənistan KİV xəbər verir ki, bunu şərqşünas Qurgen Melikyan İrəvanda keçirilən mitinqdə açıqlayıb.

Qalstanyanın özünün dediyinə görə, o, katolikosdan onun 30 illik mənəvi xidmətini dondurmağı xahiş edib.Onun ikili vətəndaşlığı var ki, bu da məhdudiyyətləri nəzərdə tutur.

 17:24

İrəvanın Respublika meydanında Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş yepiskopu, "Tavuş Vətənin uğrunda” hərəkatının lideri Baqrat Qalstanyan rəhbərliyi ilə mitinq başlayıb.Bu barədə  "news.am" xəbər verir.
 
Mitinqdən əvvəl gənclərin İrəvan küçələrində yürüşü olub, daha sonra onlar Respublika meydanına gəliblər.

Mitinq Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib
Dünya 22:00
Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib
Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var
Dünya 19:47
Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var
Qutsulun həbs müddəti uzadılıb
Dünya 18:42
Qutsulun həbs müddəti uzadılıb
Texasda daşqınlarda ölənlərin sayı 120-yə çatıb
Dünya 10:59
Texasda daşqınlarda ölənlərin sayı 120-yə çatıb
Putin Trampı iqnor edir
Dünya 08:58
Putin Trampı iqnor edir
Çin keçmiş Sincan rəsmisini rüşvətə görə edam cəzasına məhkum edib
Dünya 08:54
Çin keçmiş Sincan rəsmisini rüşvətə görə edam cəzasına məhkum edib
Rubio ASEAN görüşü çərçivəsində Lavrovla görüşəcək – ABŞ rəsmisi
Dünya 08:49
Rubio ASEAN görüşü çərçivəsində Lavrovla görüşəcək – ABŞ rəsmisi
Ərdoğan şənbə günü səhər xalqa müraciət edəcək
Dünya 08:38
Ərdoğan şənbə günü səhər xalqa müraciət edəcək
ABŞ BMT-nin məruzəçisinə sanksiya tətbiq edib
Dünya 08:23
ABŞ BMT-nin məruzəçisinə sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol