İrəvanda yenidən etiraz aksiyası keçirilir

17:15 | 24.05.2018
İrəvanda yenidən etiraz aksiyası keçirilir

İrəvanda yenidən etiraz aksiyası keçirilir

Ermənistanda siyasi məhbusların azad olunmasını tələb edən aksiyalar yenə davam edir. Hazırda Kassasiya Məhkəməsinin binası önündə Qarabağ döyüşlərinin iştirakçısı, separatçıların Dağlıq Qarabağdakı silahlı birləşmələrinin keçmiş komandiri Samvel Babayanın müdafiəsi naminə aksiya keçirilir. 
 
AzVision.az erməni KİV-nə istinadən bildirir ki, nümayişçilər əllərində Babayanın şəkilləri olan plakatları tutaraq, onun azadlığa buraxılmasına qarşı çıxan baş prokuror Artur Davtyanın vəzifədən uzaqlaşdırılmasını tələb edirlər. 
 
"Siyasi məhbuslara azadlıq" şüarı səsləndirən aksiya iştirakçıları Ermənistan baş naziri Nikol Paşinyanı da məsələ ilə bağlı konkret addım atmağa çağırıblar. Paşinyan isə bundan əvvəlki çağırışlara "etiraz aksiyalarını dayandırın" cavabını vermişdi. 

Qeyd edək ki, Samvel Babayan 2017-ci ildə həbs edilərək, məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Gürcüstandan qanunsuz olaraq "İqla” daşınabilən zenit raket kompleksini Ermənistana keçirməkdə, silah və hərbi-sursatın qanunsuz əldə edilməsi və saxlanılmasında, həmçinin çirkli pulların yuyulması və korrupsiyada ittiham edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM