• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

İrəvanda “Qarabağ” mahnısını oxuyan şəxs saxlanılıb - Yenilənib

İrəvanda “Qarabağ” mahnısını oxuyan şəxs saxlanılıb - Yenilənib
02.02.2025 10:38
Ermənistanın paytaxı İrəvanın mərkəzində bir neçə nəfərin "Qarabağ” mahnısı oxuduğu videonu yayan Qərib Babayan ötən gün saxlanılıb. O, nifrət təbliğ etməkdə ittiham olunub. Lakin məhkəmə erməni alimin həbsi ilə bağlı vəsatəti rədd edib. Babayanın saxlanılması eyni zamanda qısamüddətli etirazlara, yolun bağlanmasına da səbəb olub.

Qafqazinfo.az  xəbər verir ki, Azərbaycan mahnısının oxunmasına görə İran vətəndaşı 40 yaşlı Milard Vahid saxlanılıb.

Erebuni polis şöbəsinə aparılan Vahid, Tiqran Mets prospektində ictimai asayişi kobud şəkildə pozmaqda, cəmiyyətə hörmətsizlik etməkdə, həmçinin şəhər avtobusunda nalayiq hərəkətlər etməkdə ittiham olunub.

 ***

Ermənistan Milli Təhlükəsizlik Xidməti Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbərinə qarşı cinayət işi açıb.
 
Oxu.az xəbər verir ki,mərkəz rəhbəri Ermənistan paytaxtının tam mərkəzində bir qrup şəxsin Azərbaycan dilində "Qarabağ” mahnısını oxuduğu rezonans doğuran videonu ilk paylaşanlardan biri olub.

Görüntülər yanvarın 30-da sosial şəbəkələrdə yayılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib ki, videoda əks olunan şəxslər İran vətəndaşları - Milad Kaqramaniafşar, Behzad Qafari Şabanlou, Mehdi Mohammadi, Hamed Azizi Maleki və Nader Qafaridir.Onlar dekabrın 30-dan yanvarın 3-dək turist qismində Ermənistanda olublar.
 
Qurumdan qeyd edilib ki, Ermənistanda Azərbaycan dilində mahnı oxumaq qadağan olunmayıb. Amma belə videoların internetdə yayılması qadağandır.

"Biz həqiqətə uyğun olmayan və ya təsdiqlənməmiş məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırırıq”, - deyə xüsusi xidmətdən bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının 2 rayonunda müvəqqəti qaz olmayacaq
Cəmiyyət 09:41
Bakının 2 rayonunda müvəqqəti qaz olmayacaq
Avro və rubl bahalaşıb - Məzənnə
Cəmiyyət 09:32
Avro və rubl bahalaşıb - Məzənnə
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Cəmiyyət 21:04
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:44
Bu ərazilərdə qaz olmayacaq
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Cəmiyyət 20:30
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 19:00
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Cəmiyyət 18:28
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Əfv Komissiyasının iclası keçirilib
Cəmiyyət 18:24
Əfv Komissiyasının iclası keçirilib
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Cəmiyyət 18:07
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol