Cənubi Qafqazın sosial və iqtisadi potensialını yüksəltməyə imkan verəcək sülh sazişinin vaxtıdır. Bunu Qafqaz danışıqları üzrə baş müşaviri Bono İrəvana səfəri zamanı ABŞ-ın Ermənistandakı səfiri Kuinnin müşayiəti ilə Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşü zamanı deyib.
"İndi Cənubi Qafqazın sosial və iqtisadi potensialını yüksəltməyə imkan verəcək sülh sazişinin vaxtıdır", - mesajda deyilir.
Bir gün əvvəl Ermənistanın xarici işlər nazirinin sözçüsü Ani Badalyan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri işlənmə mərhələsindədir.
Bir gün əvvəl Rusiya XİN sözçüsü Maria Zaxarova bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında danışlar aparmaq üçün platforma təqdim etməyə hazırdır.
Bundan əvvəl əvvəl Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyişləri davam etdirirlər.
Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyada keçirilən Avropa Siyasi İcmasının görüşü çərçivəsində Azərbaycan lideri ilə görüşməkdən imtina edib.
Prezidentin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir.
Azərbaycan Prezidenti "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda sülh danışığı ilə bağlı Azərbaycanla danışığa getməsindən imtinası onu təəccüblənidirib.
"Paşinyan deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”,- Əliyev bildirib.
Bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində açıq sualların sayı xeyli məhdudlaşıb.
İyunun 20-də Ermənistan Azərbaycanla yaxın bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlament rəhbərlərini qəbul edərkən deyib ki, Ermənistan Konstitusiyasını dəyişdirmədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması mümkün deyil.
Daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan mətbuata bildirib ki, Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır.
İyunun 4- də Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi ilə bağlı təkliflər aldığını deyib.
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb.
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib.
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !