Afrika ölkələrindəki quraqlıq insanların öz yaşadıqları ərazini tərk etməsinə, içməli su axtarışına çıxmağa və hətta onların ölümünə gətirib çıxarır.
Oxu.Az xəbər verir ki, BMT Miqrasiya Agentliyi Somalidə quraqlıq nəticəsində yaşayış yerlərini itirmiş insanlara yardım etmək üçün poliqlu adlı maddənin istifadəsinə başlayıb.
Agentliyin öz rəsmi "YouTube” hesabında paylaşdığı videodan görünür ki, çirkli suya qatılan bu maddə, bir az çalxalandıqdan sonra suyu təmizləməyə və çirki plastik şüşənin dibinə doğru çəkməyə başlayır. Nəticədə isə içilə bilən təmiz su alınır.
Həmin görüntüləri təqdim edirik:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !