İrlandiya yığması 16 oyundan sonra ilk qələbəsini Bakıda qazanıb

15:00 | 10.10.2021
İrlandiya yığması 16 oyundan sonra ilk qələbəsini Bakıda qazanıb

İrlandiya yığması 16 oyundan sonra ilk qələbəsini Bakıda qazanıb

İrlandiya milli komandası 16 oyunluq qələbəsizlik seriyasına Bakıda Azərbaycan yığması ilə 2022-ci il dünya çempionatının seçmə oyununda son qoyub.

"Report"un məlumatına görə, bu, qonaq komandanın baş məşqçi Stiven Kenninin rəhbərliyi altında ilk qalibiyyəti olub.
İrlandiya millisi daha əvvəl 10 iyun 2019-cu ildə Cəbəllütariqi yenməyi bacarıb - 2:0. Azərbaycan yığması isə böyük hesabla məğlubiyyətə uğradılıb - 3:0.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk 2 qolu səfər öncəsi verdiyi açıqlama ilə diqqət çəkən Kallum Robinson 7-ci və 39-cu dəqiqələrdə vurub. Robinson Azərbaycana səfər öncəsi iki dəfə koronavirusa yoluxmasına rəğmən, peyvənd olunmadığını açıqlamışdı. Son qolu isə Çiedozi Oqbene 90-cı dəqiqədə vurub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM