İrqçi deyiləm: Mahir Mədətov futbolçunun əlini sıxmadı - VİDEO

09:47 | 04.02.2019
İrqçi deyiləm: Mahir Mədətov futbolçunun əlini sıxmadı - VİDEO

İrqçi deyiləm: Mahir Mədətov futbolçunun əlini sıxmadı - VİDEO

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Qarabağ” – "Neftçi” oyununda maraqlı hadisə baş verib.

Ağdam təmsilçisinin hücumlarından birində "Neftçi”nin seneqallı futbolçusu Mamadu Mboc "Qarabağ”ın hücumçusu Mahir Mədətova əlini uzadıb, lakin sonuncu afrikalının əlini sıxmayıb.

Qısa zamanda sosial şəbəkələrdə yayılan video, istifadəçilərin sərt tənqidinə səbəb olub.

Sonradan Mahir Mədətov "Instagram”da 25 yaşlı seneqallıdan yaranmış vəziyyətə görə üzr istəyib:

"Həmin epizodda sənin əl uzatdığını görmədim. Üzr istəyirəm. Ümid edirəm ki, aramızda hər şey yaxşı olar. Mən irqçi deyiləm. Bilirsən ki, bu, bir oyundur. Sənə uğurlar arzulayıram”.

Mamadu Mboc Mahir Mədətovun mesajını cavabsız qoymayıb.

"Sənin irqçi olmadığını bilirəm. Narahat olma, bu, sadəcə, oyundur və bunların baş verməsi normaldır”.

Qeyd edək ki, ötən gün keçirilən "Qarabağ” – "Neftçi” matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

Ağdam təmsilçisinin heyətində Dani Kintana hesabı açıb. "Neftçi” isə mərkəz müdafiəçisi Mamadu Mbocla oyunda tarazlığı bərpa edib.

15 turdan sonra turnir cədvəlinə 34 xalla "Neftçi” başçılıq edir. "Qarabağ” 31 xalla ikincidir./oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb