"İrşad Electronics"in rəhbərinin ÖLÜM SƏBƏBİ BİLİNDİ – RƏSMİ

11:30 | 24.09.2018

"İrşad Electronics"in rəhbərinin ÖLÜM SƏBƏBİ BİLİNDİ – RƏSMİ

Sentyabrın 14-də vəfat edən "İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub.

Anews.az xəbər verir ki, bu barədə BAKU.WS-ə mərhumun yaxınlarından biri məlumat verib. Onun sözlərinə görə, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.

Hadisə ilə əlaqədar Bakı şəhər prokurorluğundan bildiriblər ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib.

"İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir”, - deyə məlumatda bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM