“İrşad Telecom” və “Baku Electronics”dən ÖRNƏK ADDIM: Kredit ödənişlərini 1 aylıq dayandırdılar

15:17 | 28.03.2020
“İrşad Telecom” və “Baku Electronics”dən ÖRNƏK ADDIM: Kredit ödənişlərini 1 aylıq dayandırdılar

“İrşad Telecom” və “Baku Electronics”dən ÖRNƏK ADDIM: Kredit ödənişlərini 1 aylıq dayandırdılar

"İrşad Telekom” və "Baku Electronics” müştərilərinə dəstək məqsədilə kredit ödənişlərini 1 ay müddətinə dayandırdıqlarını elan ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə bildiriş "İrşad Telecom” və "Baku Electronics”in "Instagram” səhifələrində yerləşdirilib.
"İrşad Telecom”un bildirişində bu qeydlər yer alıb:

"Əziz müştərilərimiz və səhifəmizin izləyiciləri! Sağlamlıq hər şeydən önəmlidir. Krediti düşünmək əvəzinə, dəyərli həyatınızı düşünün. Covid-19 virusu ilə əlaqədar olaraq, sizlərə dəstək olmaq adına aprel ayı üçün aylıq ödənişlərə bir aylıq fasilə verilməsini qərara aldıq.

28 mart tarixindən etibarən, bütün filiallarımızın fəaliyyəti müvəqqəti olaraq, dayandırılır. Bu günlər ərzində sadəcə onlayn sifariş üzrə nağd və taksitli alışlar həyata keçiriləcək. Sağlamlığınız bizim üçün hər şeydən önəmlidir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb