Azərbaycanlı iş adamı Nizami Piriyev həbs olunub.
ANN.Az APA-ya istinadən xəbər verir ki, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir.
Nərimanov rayon məhkəməsinin qərarı ilə N.Piriyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nizami Piriyev "PNN Group” şirkətinin təsisçilərindəndir. "PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo” şirkətindədir.
"PNN Group” "De Beers” və "Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda "KFC” restoranlar şəbəkəsini də qurub. Ölkədə 50-dək "KFC” restoranı fəaliyyət göstərir.
"PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !