İş adamı Sənan Əhmədova iş təklif edib - Şəhid qardaşı Türkiyəyə gedəcək

11:11 | 05.11.2022
İş adamı Sənan Əhmədova iş təklif edib - Şəhid qardaşı Türkiyəyə gedəcək

İş adamı Sənan Əhmədova iş təklif edib - Şəhid qardaşı Türkiyəyə gedəcək

Şəhid Səbuhi Əhmədovun qardaşı  Sənan Əhmədov Türkiyədə "Palmali” Holding şirkətinin gəmilərinin birində işə başlayacaq. Bu barədə anews.az-a şirkətdən məlumat verilib.

"Növbəti həftənin birinci günündən etibarən Sənan Əhmədov Bakıda gəmiçilik kurslarını oxumağa başlayacaq. Altı alyıq kurs müddəti bitdikdən sonra isə Türkiyəyə dəvət olunaraq "Palmali” şirkətinə məxsus gəmilərdən birində işləyəcək. Sənan Əhmədovun xərcləri şirkət tərəfindən ödəniləcək”, - şirkətdən bildirilib.

Əldə etdiyimiz məlumata görə bu təşəbbüs iş adamı Mübariz Mənsimov gəlib.

Sənan Əhmədov anews.az-a açıqlama verərək bildirib ki, iş təklifini qəbul edib vu bu yaxınlarda kurslara başlayacaq.


"Təklifi qəbul etmişəm. Həftənin birinci günü mənimlə əlaqə saxlayacaqlar. Nə etməli olduğumu deyəcəklər. Dənizçilik üçün kursu Bakıda keç desələr, altı aylıq kursu Bakıda keçəcəm, Türkiyəyə çağırsalar orda kurs keçəcəm. Bir müddət  türkiyəyə tək getməyi planlaşdırmışam. Ailə ilə çətin olar. İşimi qurandan sonra ailəmi də aparacam”, - Sənan Əhmədov açıqlayıb. 

"Palmali" şirkətinə məxsus növbəti gəmi şəhid Səbuhi Əhmədovun adını daşıyacaq. Bununla bağlı şəhidin qardaşı bu yaxınlarda gəminin yola salınması üçün Türkiyəyə dəvət olunacaq. 

Səbuhi Əhmədov 1997-ci il dekabrın 21-də Bakı şəhərində anadan olub. Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədov uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və "SOS” Uşaq Evində böyüyüblər. Səbuhi Əhmədov 12 sentyabr Ermənistan və Azərbaycan arasında yaranmış münaqişə şəraitində şəhid olub.O Bakıda Fəxri Xiyabanda dəfn edilib.
 
Gülnar Nazimqızı

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb