• $
  • €
  • ₽
  • ₺
  • £

İş adamları üçün yeni imkanlar

İş adamları üçün yeni imkanlar
02.08.2021 18:34
ABB-nin "Sahibkarlar Klubu”-nun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı və "ThinkWise” şirkətinin iştirakı ilə sahibkarlar üçün təlimlər təşkil olunub.

Anews.az  xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının və ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərlinin açılış nitqlərindən sonra müxtəlif mövzularda təqdimatlar olub.
Sahibkarlar ABB-nin Sahibkarlar Klubunun fəaliyyəti, Bankın iş adamlarına təklif etdiyi məhsul və xidmətlərlə tanış olublar. Tədbir iştirakçılarına Azərbaycan sahibkarlarına öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı yaradan Azexport portalının fəaliyyəti haqqında geniş məlumat verilib. Həmçinin Bir Pəncərə İxraca Dəstək Mərkəzinin biznes üçün yaratdığı imkanlar haqqında ətraflı söhbət açılıb. "ThinkWise” şirkətinin təmsilçisi isə iş adamlarını Biznes planının yazılması və investisiya təşviqi sənədinin hazırlanması ilə bağlı məlumatlandırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı: "2021-ci ilin ilk yarısında Azərbaycanın qeyri-neft ixracında 27,1-%-lik artım müşahidə olunub. Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları, xarici dövlət borcu 8.8 milyard ABŞ dolları təşkil edir. Azərbaycan dünyada strateji valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çox olan nadir ölkələrdəndir. Cari ilin ilk yarısında Azərbaycanda qeyri-neft sənayesinin artımı 16.6%, aqrar sahənin artımı 5.5% təşkil edib.

Sahibkarlar Klubunun üzvlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri olan "Azexport.az”, "EnterpriseAzerbaijan”, Rəqəmsal Ticarət Qovşağı və Bir Pəncərə İxraca Dəstək Mərkəzi tərəfindən təqdim olunan xidmətlərdən istifadəyə dəvət edirəm. İİTKM-nin operatoru olduğu layihələr sahibkarlara istehsalda, satışda, idarəetmədə və digər istiqamətlərdə dəstək göstərir”.
ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib: "Sahibkar müştərilərimizə faydalı olmaqdan ötrü həyata keçirdiyimiz tədbirlər təkcə bank fəaliyyəti ilə məhdudlaşmır. İş adamlarımızın yeni biznes imkanlarını kəşf etməsi, bu imkanlardan yararlana bilməsi üçün tərəfdaşlarımızla birgə təşəbbüslər formalaşdırırıq. Ümid edirik ki, bu təlimlərimiz də iştirakçılara faydalı olacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Yeni nəsil kassa aparatları ilə dövriyyə 26 milyard manatı ötüb
İqtisadiyyat 15:33
Yeni nəsil kassa aparatları ilə dövriyyə 26 milyard manatı ötüb
Daşınmaz əmlak alanlara 30 milyon manata yaxın ƏDV geri qaytarılıb
İqtisadiyyat 15:17
Daşınmaz əmlak alanlara 30 milyon manata yaxın ƏDV geri qaytarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol