Bakının Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçiriləcək.ƏƏSMN-dən ANS PRESS-ə verilən məəlumata görə, iyunun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakıda növbəti Əmək yarmarkası təşkil olunacaq.Bakı Tennis Akademiyasında (Binəqədi r-nu, 8-ci mkr., İbrahimpasa Dadasov kuc.,3158/3156, Azadlıq metrosunun yaxınlığı) baş tutacaq tədbirdə paytaxtın Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçiriləcək. Yarmarkada 49 müəssisə üzrə boş (vakant) iş yerlərii işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !