İş icazəsi ilə Qusara istirahətə gedənlər cəzalandırılıb

16:13 | 04.07.2020
İş icazəsi ilə Qusara istirahətə gedənlər cəzalandırılıb

İş icazəsi ilə Qusara istirahətə gedənlər cəzalandırılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Anews.az-averilən məlumata görə, şöbə əməkdaşlar keçirdiyi tədbirlərlə xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.

Qayda pozan şəxslər arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahətə gələnlər də olub.

Bu istiqamətdə tədbirlər Qusar RPŞ-nin əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb