İş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncam qüvvədən düşəcək

10:53 | 26.06.2015
İş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncam qüvvədən düşəcək

İş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncam qüvvədən düşəcək

 Azərbaycan Nazirlər Kabinetinin ölkədə keçirilən "Bakı-2015" l Avropa Oyunları ilə əlaqədar iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncamı növbəti həftə qüvvədən düşəcək.

"Report" xəbər verir ki, Avropa Oyunları zamanı nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə mayın 1-də qüvvəyə minən sərəncam iyulun 1-nə qədər qüvvədə olacaq.

Qərarla Bakı şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək, 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək, 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək, 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək iş saatı müəyyən edilib.

Bundan əlavə, qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərlə bağlı isə 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, 50 faizi üçün də saat 8:30-dan saat 17:30-dək pilləli şəkildə təşkili tövsiyə olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM