İş və istirahət günlərinin vaxtı dəyişdirilib

12:08 | 18.09.2024
İş və istirahət günlərinin vaxtı dəyişdirilib

İş və istirahət günlərinin vaxtı dəyişdirilib

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Nazirlər Kabineti qərar verib. 
 
Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
 
8 noyabr Zəfər günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq növbəti həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün qeyri-iş günü olacaq.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM