İşığa borcu olanlara XƏBƏRDARLIQ

16:50 | 20.08.2014
İşığa borcu olanlara XƏBƏRDARLIQ

İşığa borcu olanlara XƏBƏRDARLIQ

Elektrik enerjisindən istifadəyə görə debitor borcu yaranmış əhali və qeyri-əhali abonentlərin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi təchizatı avqust ayının 23-ü saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.“Bakıelektrikşəbəkə” ASC-dən APA-ya verilən məlumata görə, qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar şəbəkəyə qoşulması 24 saatdan sonra mümkün olacaq.Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM