İsa Həbibbəyli - Bilmirəm oğlum hardadır

10:28 | 28.11.2022
İsa Həbibbəyli - Bilmirəm oğlum hardadır

İsa Həbibbəyli - Bilmirəm oğlum hardadır

AMEA-nın prezidenti İsa Həbibbəyli oğlu Səhhət Həbibbəylinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunması iddiası ilə bağlı cavab olaraq oğlunun harda olmasından məlumatsız olduğunu açıqlayıb. Bu barədə o gününsəsiinfo saytına müsahibəsində deyib.
 
"Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır. Oğlumun harda olmasından xəbərim yoxdur", - Həbibbəyli bildirib. 

Bundan əvvəl, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Səhhət Həbibbəylini saxlanılması barəsində mediada xəbərlər yayılıb. Səhət Həbibbəyli isə AMEA-nın sədri, akademik İsa Həbibbəylinin oğludur.
 
Səhət Həbibbəyli 2019-cu ilin martında bu vəzifəyə təyinat alıb. 
 
Son günlər mediada Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvanda əməliyyat keçirilməsi barəsində xəbərlər yayılır. 
 
Bu gün isə Naxçıvanın maliyyə naziri Əliyev Rafael Rza oğlunun saxlanılaraq Bakıya gətirilməsi barəsində məlumat yayılıb. Bildirilib ki, onun barəsində ilkin olaraq 4 ay həbs qərarı verilib.
 
Yayılan xəbərlərlə bağlı Dövlət təhlükəsizlik Xidməti nə təsdiq, nə də inkarla bağlı açıqlama verməyib. 
 
Gülnar Nazimqızı 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM