DTX Isa Həbibbəylinin oğlunu həbs edib - İDDİA/YENİLƏNİB

16:12 | 23.11.2022
DTX Isa Həbibbəylinin oğlunu həbs edib - İDDİA/YENİLƏNİB

DTX Isa Həbibbəylinin oğlunu həbs edib - İDDİA/YENİLƏNİB

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Səhhət Həbibbəylini saxlayıb. Bu barədə Unikal.az xəbər saytı öz mənbələrinə istinadən məlumat verib.
 
Səhhət Həbibbəyli Milli Məclisin deputatı İsa Həbibbəylinin oğludur. 

Səhət Həbibbəyli 2019-cu ilin martında bu vəzifəyə təyinat alıb. 

Dövlət Təhlükəsizliyi Xidməti bu gün səhər saatlarından  Naxçıvan Gömrük Komitəsi binasında axtarış aparır. 
 
Məlmatlı mənbələrin verdiyi məlumata görə, Gömrük Komitəsi rəsmiləri milyonlarla manat dəyərində qaçaqmalçılıqda iştirak etmədə  və büdcə pullarının yeyintisində günahlandırılır. 
 
16.12 
____________
 
 
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində araşdırmalara başlayıblar. Bu barədə Bakudays xəbər verib.

 
Hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilirlər. Binada axtarışlar aparılır.

Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. 
 
Bakudays xəbərin mənbəyinə istinad verməyib. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq. 
 
Aytac 

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM