İsa Hüseynovun həyat yoldaşı: "Həkimlərdən qaçırıq"

23:55 | 10.01.2014
İsa Hüseynovun həyat yoldaşı: "Həkimlərdən qaçırıq"

İsa Hüseynovun həyat yoldaşı: "Həkimlərdən qaçırıq"

“İsa Muğanna (Hüseynov) öz nəzarətimizdədir. Həkimlərə çox da etibar etmirik” Bu barədə xalq yazıçısı İsa Muğannanın həyat yoldaşı Firuzə xanım verdiyi açıqlamada bildirib. 

Onun sözlərinə görə, hazırda yazıçının vəziyyəti babatdır. Füruzə xanımın sözlərinə görə, ürəyində problem olduğundan yazıçını müalicə üçün xaricə aparmaq mümkün deyil. 

Firuzə xanımın sözlərinə görə, İsa Hüseynovu həkimə tez-tez aparmağa üstünlük vermirlər: “İsa müəllim evin içində gəzir, səhhətinə nəzarət edirik. Həkimə tez-tez müraciət etməyi xoşlamırıq. İldə bir dəfə həkimə aparırıq. Hərə bir cür dərman yazır. Dərmanlardan qaçırıq”. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM