İsa Qəmbər deputatlığa namizədliyini verməyəcək

16:39 | 17.07.2024
İsa Qəmbər deputatlığa namizədliyini verməyəcək

İsa Qəmbər deputatlığa namizədliyini verməyəcək

Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Bu barədə İsa Qəmbər özü məlumat verib.

"Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin irəli sürülməsini başa çatdırıb. Artıq 34 namizədimiz var. Mən namizədliyimi irəli sürməyəcəyəm, Müsavatın seçkilərdə iştirakına ümumi rəhbərliyi həyata keçirəcəm”,  -  İsa Qəmbər deyib.

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı da növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini irəli sürməyi planlaşdırmır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti