Müsavat partiyasının lideri İsa Qəmbər COVID-19 virusu əleyhinə peyvənd olunub.
İ.Qəmbər bununla bağlı sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, birinci doza peyvənd vurdurub: "Özünüzü, millətimizi, bəşəriyyəti koronavirus bəlasından xilas etmək üçün Peyvəndlənin! Aşılanın! Vaksinlənin!”
Qeyd edək ki, bir gün sonra İsa Qəmbərin 64 yaşı tamam olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !