Xəstəxana: İsa Qəmbərin ürəyinə stentlər qoyulub

11:46 | 15.01.2018
Xəstəxana: İsa Qəmbərin ürəyinə stentlər qoyulub

Xəstəxana: İsa Qəmbərin ürəyinə stentlər qoyulub

"İsa Qəmbər ürəyində olan problemlə bağlı çox ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tərəfimizdən dərhal müdaxilə edildi və onun ürəyinə stendlər qoyuldu”.

Bunu APA-ya açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu Firdovsi İbrahimov deyib.

F. İbrahimov bildirib ki, İ. Qəmbər xəstəxanaya gətirilərkən problemi çox ciddi olub: "Bu gün artıq onun vəziyyəti müsbətə doğru dəyişməkdədir, müalicə prosesi davam edir. İsa Qəmbər bir neçə gün xəstəxanada qalacaq. Bütün lazımi tədbirlər görülüb. O həkimlərin ciddi nəzarəti altındadır”. 

O qeyd edib ki, ürəkgücləndirici müalicələr davam etdiriləcək.

Qeyd edək ki, ötən həftə Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM