İsa Rüstəmov 3 qızıl medal qazandı

21:19 | 18.10.2022
İsa Rüstəmov 3 qızıl medal qazandı

İsa Rüstəmov 3 qızıl medal qazandı

 "Qartal” Ağır Atletika Klubunun təmsilçisi İsa Rüstəmov ağır atletika üzrə Avropa birinciliyində qızıl medal qazanıb.

İsa Rüstəmov yaşı 23-ə qədər olan idmançılar arasında 67 kq çəki dərəcəsində yarışıb.

İdmançı birdən qaldırma hərəkətində 131 kq çəkini qaldıraraq rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal əldə edib.

Rüstəmov üçüncü dəfə təkanla qaldırma hərəkətində 162 kq-ı ram edərək bu hərəkətdə də qızıl medala sahib çıxıb.


15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM