ABŞ kəşfiyyatının məxfi hesabatı üzə çıxıb. Hesabatda Rusiyanın Ukraynanı işğal edəcəyi iddia edilib.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün yayılan peyk görüntülərinin ABŞ-ın hesabatını təsdiqlədiyi açıqlanıb.
Peyk görüntüləri Yelnya və Poqonovo yaxınlığında, Ukrayna sərhədindən 100-150 mil aralıda yeddi batalyon əsgərin yerləşdiyi ən azı üç düşərgənin olduğunu təsdiqləyir.
Kəşfiyyat mənbələrinin keçən ay əraziyə çatdığını bildirən rus əsgərlərdən ibarət bir batalyon Rusiyanın Voronej şəhəri yaxınlığındakı Poqonovoda düşərgə qurarkən lentə alınıb.
Görüntülərdə 50 rus batalyonunun olduğu görünsə də, digər 50 batalyonun da sürətlə ehtiyata yığıldığı iddia edilir.
ABŞ iddia edib ki, hazırda Rusiyanın Ukrayna ilə sərhədində 94 min əsgərdən ibarət 50 batalyon var və ehtiyatda 80-100 min əsgər var.
Ukraynanın müdafiə naziri Oleksey Reznikov bildirib ki, Rusiya yanvarın sonuna kimi genişmiqyaslı hərbi əməliyyat keçirməyi planlaşdırır.
ABŞ dövlət katibi Entoni Blinken hücuma məruz qalacağı təqdirdə Ukraynaya dəstəyi artırmaq üçün yaxınlıqdakı görünən mövqelərə daha çox NATO hərbçilərinin, o cümlədən, Britaniya hərbçilərinin yerləşdirilməsinə çağırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !