Qubadlı rayonunun Xanlıq kəndinə Suriyadan erməni ailələrinə mənzillər paylanır.Oxu.Az xəbər verir ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin mətbuat xidmətindən Qafqazinfo-ya daxil olan xəbərdə bildirilənə görə, bu barədə Ermənistanın Tufenkyan fondunun baş direktoru Andranik Qasparyan xəbər verib. O, Lenta.ru saytına verdiyi məlumatda bildirib ki, Ermənistan hökuməti Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının inzibati yaşayış məntəqələrinə suriyalı qaçqınların yerləşdirilməsində maraqlıdır. Bu məqsədlə adıçəkilən fondun hesabına hər il xeyli miqdarda pul köçürülür. A.Qasparyanın sözlərinə görə, bu il Qubadlı rayonunun Xanlıq kəndində 12 yaşayış mənzili olan bir bina tikilib istifadəyə verilib. Bu mənzillərin orderləri və simvolik açarları yaxın günlərdə suriyalı qaçqınlara təqdim edilib. Burada yaşayan qaçqınlar eyni zamanda işlə də təmin olunublar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !