Bu gün Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun Ermənistan ordusu tərəfindən işğalından 25 il keçir. Laçından başqa Dağlıq Qarabağ və ətraf 7 rayon da uzun illərdir ki, işğal altındadır. Bu hərbi təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlı tarixi torpağından didərgin düşüb. Bəs Bakı sakinləri Dağlıq Qarabağ münaqişəsinin həllinə inanırmı?
Anews.az xəbər verir ki, "ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edib.
Rəyi öyrənilmiş respondentlərin böyük əksəriyyəti (94%) torpaqların işğaldan azad olunacağına inanır. Cəmi 6% münaqişənin həllinə bədbin yanaşır.
Sualı cavablandıran qadınların 93%-i, kişilərin isə 97%-i işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonun işğaldan azad olunacağına inanır.
Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4,9%-dir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !