• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

İşğaldan azad edilən ərazilərdə 52 seçki məntəqəsi fəaliyyət göstərəcək

İşğaldan azad edilən ərazilərdə 52 seçki məntəqəsi fəaliyyət göstərəcək
15.08.2024 10:18
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə işğaldan  azad edilən  ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək. Bu barədə u Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq
 
O həmçinin bildirib ki, seçkilərin gedişini  müşahidə edəcək  80 minə yaxın yerli müşahidəçi  qeydə alınıb.
 
"Bizim təxminimizə görə bu rəqəm 100 mini keçəcək. Hələlik 300 beynəlxalq müşahidəçilər qeydə alınıb", ,  -  Pənahov əlavə edib. 
 
Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması təşəbbüsü ilə çıxış edib.
 
Bu təşəbbüsə uyğun olaraq Milli Məclis ölkə prezidentinə müraciət edib.

İyunun 27-də Azərbaycan Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsini Konstitusiyaya uyğun hesab edib.
Hazırda Milli Məclisdə Yeni Azərbaycan Partiyasının üzvü olan 68 deputat var.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir.

Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkiləri və son iki prezident seçkiləri növbədənkənar keçirilib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Mirziyoyevlə görüşündən paylaşım edib - Video
Siyasət 00:01
Prezident Mirziyoyevlə görüşündən paylaşım edib - Video
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Siyasət 21:00
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Siyasət 20:27
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:19
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Özbəkistan səfirliyinin yeni binası açılıb
Siyasət 18:30
Bakıda Özbəkistan səfirliyinin yeni binası açılıb
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
Siyasət 18:10
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN
Siyasət 17:13
Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Siyasət 16:39
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Rusiya və Azərbaycan hüquq-mühafizə rəhbərləri müzakirələr keçirir
Siyasət 14:32
Rusiya və Azərbaycan hüquq-mühafizə rəhbərləri müzakirələr keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol