İşğaldan azad edilmiş ərazilərdə 29 mina aşkarlanıb

16:31 | 25.09.2023
İşğaldan azad edilmiş ərazilərdə 29 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə 29 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə 29 mina aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 11 mina və 40 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bundan əlavə, 379,9 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

10 noyabr 2020 – 19 sentyabr 2023 tarixləri aralığında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində ümumilikdə 314 nəfər mina terrorunun qurbanı olub.

Onlardan 61 nəfəri (mülki – 48, hərbçi – 13) həlak olub, 253 nəfər (mülki – 101, hərbçi – 152) isə xəsarət alıb.

Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Aytac Zeynalova 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb