Anews.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları idarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib.
Onun sözlərinə görə, paralel olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə kommunikasiya xətlərinin çəkilməsi üçün həmin xətlərin keçdiyi ərazilərə ayrılmış qruplar tərəfindən minatəmizləmə tapşırıqları uğurla yerinə yetirilib: "Ümumilikdə 135,5 km yol bərpa edilib və 80 km yeni yol çəkilib. Ərazilərin mina və partlamamış döyüş sursatlarından tam təmizləməsi zamanı 1 453 ədəd tank əlehinə, 5 420 ədəd piyada əlehinə mina və 17 500 ədəd müxtəlif çaplı döyüş sursatları aşkar edilərək zərərsizləşdirilib".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !