İşğaldan azad edilmiş ərazilərə köçürülənlərin sayı açıqlanıb

17:56 | 05.02.2024
İşğaldan azad edilmiş ərazilərə köçürülənlərin sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərə köçürülənlərin sayı açıqlanıb

2024-cü il yanvarın 30-u tarixinə işğaldan azad edilmiş ərazilərə 1360 ailə, 5354 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat verib. 
 
O cümlədən  Füzuliyə - 527 ailə, 1969 nəfər,  Laçına - 431 ailə, 1627 nəfər, Zəngilan rayonunun  Ağalı kəndinə - 175 ailə, 871 nəfər,  Ağdərə rayonunun Talış kəndinə - 20 ailə, 90 nəfər, Laçın rayonunun Zabux kəndinə - 207 ailə,  797 nəfər köçürülüb. 
 
Yanvarın 26-da Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva bildirib ki, "Böyük Qayıdış" Dövlət Proqramının birinci mərhələsində 2024-cü ilin sonunadək Cəbrayıl rayonunun Horovlu kəndinə təxminən 1395 nəfər, növbəti illərdə isə - 3500 nəfərin köçürüləcəyi proqnozlaşdırılır.
 
2023-cü il noyabrın 24-də Prezident İlham Əliyev 2026-cı ilin sonunadək 140 min  məcburi köçkünün öz evlərinə qayıdacağını söyləyib.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM