İşğaldan azad olunan ərazilərdə ötən həftə 33 mina aşkarlanıb

15:10 | 26.03.2024
İşğaldan azad olunan ərazilərdə ötən həftə 33 mina aşkarlanıb

İşğaldan azad olunan ərazilərdə ötən həftə 33 mina aşkarlanıb

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb.Bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Həyata keçirilən minatəmizləmə əməliyyatlarında 30 piyada əleyhinə mina, 3 tank əleyhinə mina, 121 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 462.1 hektar ərazi minalardan təmizlənib.

Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM