"Bu mexanizm çərçivəsində 500 milyon manatlıq kredit portfelinin 90 %-i təşkil edən 450 milyon manatlıq hissəsinə zəmanət verilməsi nəzərdə tutulur və zəmanət verilmiş kreditlərə 150 milyon manata qədər subsidiya veriləcəyi proqnozlaşdırılır. Güzəştli kreditlərin maksimal məbləği 5 milyon manat, maksumal müddəti isə 7 ildir", - Xəliyev əlavə edib.
Sədrin sözlərinə görə, mexanizmin tətbiqinə gələn aydan başlanacaq.
2023-cü ildə sahibkarlara dəstək mexanizmi 3 istiqamətdə fəaliyyət göstərib.
"Bu istiqamətlərə güzəştli kreditlərin ayrılması, dövlət zəmanətli kreditlər üzrə subsidiyaların verilməsinin davam etdirilməsi, mövcud kredit portfelinin subsidiyalaşdırılması daxildir" , - o əlavə edib.
Sədr qeyd edib ki, qarşıdakı planlar siyahısına sənaye istehsalının emalı, logistika xidmətləri, yaşıl layihələrin dəstəklənməsi və s. işlər daxil edilib.
Eyni zamanda o bildirib ki, sənayenin inkişafı prioritet olaraq qalacaq.
Onun sözlərinə görə, 2021-2023 cü illərdə sahibkarlara dəstək istiqamətində artım özünü göstərir.
"Daha çox sahibkara güzəştli kredit verilməsi planlaşdırılır. Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması davam edəcək", - o əlavə edib.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !