Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi(ƏƏSMN) II qrup Qarabağ müharibəsi əlili Bayramov Elxan Adığözəl oğlunun "Atena” MMC-dən çıxarılması ilə bağlı şikayətini araşdırıb.
Oxu.Az xəbər verir ki, araşdırma nəticəsində Bayramov Elxan Adıgözəl oğlu ilə bağlanmış əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi müəyyən olunub.
Xidmət tərəfindən əmək qanunvericiliyin tələblərinə uyğun tədbir görülməklə, II qrup Qarabağ müharibəsi əlilinın yenidən "Atena” MMC-də əvvəlki işinə bərpa olunması təmin edilib.
Bildirilir ki, indiyə qədər Dövlət Əmək Müfəttişliyi Xidmətinə bir neçə dəfə bu kateqoriyadan olan şəxslər tərəfindən işdən qeyri-qanuni çıxarılma ilə bağlı müraciətlər daxil olub və bu müraciətlərə dərhal reaksiya verilib.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə sosial cəhətdən həssas əhali qruplarına, xüsusən də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlara və şəhid ailəsi üzvlərinə daim diqqət və həssaslıqla yanaşmağı tövsiyə edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !