Niyə şəxsi avtomobildən imtina edilməlidir?
Yaponiyalı tədqiqatçılar iş yerinə ictimai nəqliyyatda getməyi şəxsi avtomobillər ilə müqayisədə sağlamlıq üçün daha xeyirli olduğunu bildiriblər. İctimai nəqliyyatdan istifadə etmək qan dövranını yaxşılaşdırır, şəkərli diabetin və artıq çəkinin yaranma riskini azaldır.
Oxu.Az-ın məlumatına görə, bu barədə alimlər Amerika Ürək Assosiyasiasının iclasında bəyan ediblər.
Tədqiqatda Osaka şəhərinin 49-54 yaş arasında olan 6 min sakini iştirak edib. Müşahidələr 2012-ci ildən 2015-ci ilə qədər aparılıb.
Müəyyən edilib ki, ictimai nəqliyyat və velosipeddən istifadə edərək işə getmək (bütün yol ən azı 20 dəqiqə) artıq çəkinin yaranma riskini 44%, şəkərli diabetin isə 34% azaldır və qan dövranını 27% yaxşılaşdırır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !