“İşə velosipedlə gedib-gəlin“ - DYP rəsmisindən AÇIQLAMA

11:01 | 06.06.2020
“İşə velosipedlə gedib-gəlin“ - DYP rəsmisindən AÇIQLAMA

“İşə velosipedlə gedib-gəlin“ - DYP rəsmisindən AÇIQLAMA


"Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”.


Qaynarinfo xəbər verir ki, bu sözləri Bakı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Xəzər aktual”da deyib. O, bu qərarın səbəbini belə izah edib:


"Çünki əvvəlki qadağalarda da gördük ki, portalda adı yerləşdirilmiş şəxslərin fərdi nəqliyyat vasitələrindən istifadəsinə icazə verildiyinə görə, həmin nəqliyyat vasitələri, demək olar ki, günün bütün vaxtlarında şəhərin yollarında hərəkətdə idilər və onları nə vaxt saxlasan, işə gedib-gəldiklərini bildirirdilər. Amma ünvanlara baxanda görürdün ki, getdiyi yer nə iş yerinin, nə də yaşadığı yerin ünvanına uyğundur. Belə halların qarşısının alınması üçün belə bir addım atıldı.


İş yeri evinə yaxın olan və icazə portalında işə-gedib gəlməsi haqqında məlumatı olan şəxslər velosipeddən istifadə edib, piyada gedib-gələ bilər”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb