İşgəncə "mütəxəssis"lərinə 81 milyon dollar

20:41 | 12.12.2014
İşgəncə

İşgəncə "mütəxəssis"lərinə 81 milyon dollar

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA)in Əl-Qaidəçilərə qarşı işgəncə proqramlarını hazırlayan şəxslərə bu işləri üçün cəmi 81 milyon dollar ödədiyi məlum olub.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, işgəncə mexanizminin yeni detalları da ortaya çıxıb.

Amerika Senatının Kəşfiyyat Komitəsi tərəfindən yayılan hesabatda, "peşəkarlığı" üçün milyonlarla dollar alanlar arasında "Swigert" və "Dunbar" kod adları ilə tanınan  James Elmer Mitchell və Bruce Jessen adlı iki psixoloq olduğu xüsusilə diqqət çəkib.

Hesabata görə, bu iki "mütəxəssis"ə texnikalarını tətbiq etdiyi gün adambaşına 1800 dollar ödəmə edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti