ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İŞİD yeni edam görüntüsünü yayımlayıb. Terror təşkilatı İŞİD-in yayımladığı görüntülərdə 10 yaşlı uşağın əlinə silah verildiyi görünür. Görüntülər 13 dəqiqə sürür və edamın Raqqa şəhəri yaxınlığında gerçəkləşdirildiyi ehtimal edilir. Video İsrail agenti olmaqda şübhəli bilinən Muhammad Said İsmail Musallam adlı 19 yaşlı israilli ərəbin etiraf sözləri ilə başlayır. O, İsraildə xüsusi təlim keçdikdən sonra Türkiyə vasitəsilə Suriyaya gəldiyini söyləyir. Sonda görünür ki, 19 yaşlı oğlan 10 yaşlı əlisilahlı uşaq tərəfindən güllə ilə öldürülür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !