İŞİD Liviyada 21 misirli qibtini (Misirdə yaşayan xristianlıq dininə mənsub xalq - red.) qaçırıb. Belə bir iddia ilə terror təşkilatına yaxın "Dabiq" media qurumu məlumay yayıb. Mətbuat qurumu qibtilərə məxsus bəzi fotoları da yayımlayıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Misir Ortodoks Kilsəsinin təmsilçisi Poules Halim mediaya açıqlamasında "bu ana qədər fotolar və onlar haqqında çıxan xəbərlərin doğruluğunu təsbit edə bilmirik. Xəbərlərin doğru olub-olmadığını müəyyənləşdirməzdən əvvəl hər hansı reaksiya vermək düzgün olmaz. Bu xəbərin nə dərəcə doğru olmasını bilmək üçün dövlət qurumlarna müraciət etmişik".
Misir dövlət rəsmiləri bu faktı araşdırdıqlarını və diqqətdə saxladıqlarını bildiriblər. Prezident Abdulfəttah əs-Sisinin təlimatı və ayrı-ayrı nazirliklərin təmsilçilərinin iştirakı ilə böhran komissiyası yaradılıb, araşdırma aparılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !