İŞİD 4 min ailəni girov saxlayır

19:16 | 27.07.2015
İŞİD 4 min ailəni girov saxlayır

İŞİD 4 min ailəni girov saxlayır


Terrorçular onlardan "canlı qalxan" kimi yararlanır

İŞİD terror qruplaşmasının minə yaxın yaraqlısı İraqın Anbar vilayətində yerləşən Əl-Fəluca şəhərində 4 mindən çox ailəni girov saxlayır. Bu barədə vilayət şurasının üzvü Əzzal əl-Fəhdəuyi deyib.

"Əl-Fəluca şəhərində qərarlaşan minə yaxın İŞİD silahlısı şəhərin mərkəzi hissəsində 4 mindən çox ailəni zorla saxlayır", - deyə əl-Fəhdəuyi bildirib. Onun sözlərinə görə, terrorçular şəhər sakinlərini hökumət qüvvələrinin Əl-Fəlucanın mərkəzinə irəlləməsinin qarşısını almaq məqsədilə "canlı qalxan" qismində istifadə edir.

Vilayət şurası üzvünün dediyinə görə, Əl-Fəluca əhalisinin 80 faizi artıq şəhəri tərk edib. "Fürsət tapan insanlar hələ İŞİD-n şəhərə daxil olmasından əvvəl buranı kütləvi şəkildə tərk edib", -deyə o bildirib.

Qeyd edək ki, hələ iyul ayının ortalarında İraq höküməti Anbar vilyətinin azad edilməsi üzrə genişmiqyaslı əməliyyatın başlanmasını elan edib. Hökümət qüvvələrinin əsas hədəfi qismində vilayətin iki ən iri şəhəri seçilib- paytaxt Ramadi və Əl-Fəluca. Hazırda ordu şəhərin girəcəklərində eksremistlərə qarşı gərgin döyüşlər aparır . Lakin hər iki şəhərin əsas rayonları hələlik terrorçuların nəzarəti altındadır.

İŞİD qruplaşması ötən il yayın əvvələrində İraqın şimalında fəal hücum əməliyyatına başlayıb. Hal-hazırda İŞİD hərbi birləşmələri İraq ərazisin üçdə bir hissəsini, o cümlədən Anbar vilayətinin 80 faizini öz nəzarəti altında saxlayır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM