ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ötən həftə İŞİD bu qəsəbəni işğal edib. Anbar vilayətinə daxil olan bu qəsəbə uğrunda artıq uzun müddət idi ki, döyüşlər gedirdi. Bu qəsəbə həm də yaxınlıqdakı aeroporta - "Ayn əl-Əsəd" hava limanına görə əhəmiyyət daşıyır.
Anbar vilayətinin polis rəsmisi Qasım əl-Obeydi adamların yandırılması ilə bağlı xəbəri dəqiqləşdirdiklərini bildirib. Onun sözlərinə görə, ərazidə şiddətli döyüşlər getdiyinə görə, bunu rəsmi olaraq dəqiqləşdirmək hələ ki, məlum deyil.
Pentaqon sözçüsü kontradmiral Con Kirbi son aylar ərzində İŞİD-in ilk dəfə bir ərazini işğal etdiyini bildirib.
Qeyd edək ki, ötən günlərdə İŞİD iordaniyalı əsir pilotu yandıraraq edam etmişdi və onu videosunu çəkərək internet vasitəsilə yaymışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !