İŞİD "700 canlı bomba" planını işə saldı

14:41 | 24.07.2015
İŞİD

İŞİD "700 canlı bomba" planını işə saldı

İraqın Kərkün, Tikrit, Suriyanın Kobani, Haseke və Hələb kimi döyüşlərində ağır məğlubiyyətə uğrayan İŞİD döyüşçüləri üçün motivasiya olsun deyə yeni plan hazırlayıb.

ANN.Az "milliyet.com.tr"ə istinadən xəbər verir ki, may ayından indiyə qədər əsasən İraqın Mosul şəhərindən koordinasiya olunan İŞİD 700 nəfər canlı bombanı dünyanın müxtəlif ölkələrinə yollayıb və hələ də bu proses davam edir. Əsasən, ABŞ, Kanada, Avropa Birliyi ölkələri, Rusiya və Türkiəyə kimi ölkələrin adları qeyd olunur. 

May və iyun aylarında 120 canlı bomba "yatan hücrə" adı verilən bölgələrə göndərilib və digərləri də il ərzində yollanılacaqlar.

İddia olunur ki, ayrı-ayrı ölkələrə göndərilən canlı bombalar hər İŞİD əməliyyatından sonra aktivləşəcək və diqqətləri özlərinə cəlb etməyə çalışacaqlar. Qeyd edək ki. bu plana 3-ü çeçen əsilli olan 9 nəfər rəhbərlik edir. 

Bu arada İŞİD-in maliyyə sıxıntısı çəkdiyi də deyilir. Maddi ehtiyaclarını ödəmək üçün Bağdad, Əmman və Küveyt kimi ölkələrin bankları vaxitəsilə pul transferi həyata keçirilməsinə cıhdlər olsa da, əksər halarda buna nail ola bilməyiblər. 

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM