Təşkilat rəhbərliyinin "Apple" istehsalı olan "iphone" telefonlarından istifadə qadağası "Facebook"da paaylaşılan yazılı açıqlamada yer alıb. ANN.Az xəbər verir ki, İŞİD hər növ "Apple" məhsulunun istifadəsini qadağan edir.
Açıqlamada sözügedən qadağanın alınma səbəbinə toxunulmayıb, GPS-in yerləşdiyi elektron cihazların da istifadəsinə qadağa yetirildiyi vurğulanıb.
GPS sisteminin qaldırılması üçün hər vilayətə texniki işçilərinin göndərildiyi qeyd edilən bəyanatda həmçinin, GPS sistemi qaldırılmayan cihazlara əl qoyulacağı və həmin qadağaya məhəl qoyulmayan şəxslərin ağır formada cəzalandırılacağı vurğulanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !